SON XƏBƏR

Polisə "gedin işinizlə məşğul olun" deyən vəzifəli şəxsin sürücüsü həbs edildi

Yanvar 17
18:42 2025
Ağdam rayonunun işğaldan azad olunmuş Kəngərli kəndi ərzaisində tikinti işləri aparan Körpu Bina Tikinti Şirkətinin vəzifəli şəxsinin sürücüsü həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1997-ci il tarixdə Yevlax rayonu Ərəş kəndində anadan olmuş Fərrux Rəsulov (şərti) Kəngərli kəndində saxlanılıb və barəsində İnzibati Xtəlar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunub.

Fərrux Rəsulov həmin kənddə "QAZ 31" markalı avtomobili yüksək sürətlə idarə etdiyinə görə saxlanılıb. Ağdam polis əməkdaşlarına sənədlərini təqdim etməyib və "gedin işinizlə məşğul olun" kimi sözlər işləditb.

Məhkəmənin qərarı ilə Fərrux Rəsulov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və 10 gün müddətində inzibati qaydada həbs edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook