SON XƏBƏR

Polis: "Vətəndaşların qaydalara əməl etməsinə videokameralarla da baxılır"

Avqust 26
09:58 2021
"Müşahidələr göstərir ki, pandemiya şəraitində virus riskinin yüksək olduğu qapalı məkanlarda, ictimai nəqliyyatda bəzi vətəndaşlar sağlamlıqlarına laqeyd və biganə yanaşaraq, polis gördükdə "qaydalara əməl edirəm” görüntüsü yaradaraq tez maskasını taxır. Halbuki belə şəxslər bu qaydalara laqeyd və biganə yanaşmaqla sağlamlığını qorumaq əvəzinə cərimədən, inzibati tənbeh tədbirlərindən yayınmağa çalışırlar. Və bu neqativ halların qarşısını almaq məqsədilə polis əməkdaşları mülki geyimdə də xidmətə cəlb olunub”.

Qlobal.az xəbər verir ki, bunu DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev polis əməkdaşlarının mülki geyimdə xidmət aparması haqda danışarkən deyib. 

Onun sözlərinə görə, vətəndaşların qaydalara necə əməl etməsinin onlayn rejimdə videomüşahidələri də aparılır: "Bütün bunlar tək polisin işi yox, həmdə özünü və yaxınlarını virus riskindən qorumaqda məsuliyyətini anlayan vətəndaşların da gündəlik həyat tərzi olmalıdır.  

Bir sözlə, bu, ictimai qınaq formasında qəbul edilməli – bilənlər bilməyənləri, qaydalara əməl edənlər etməyənləri infeksiya şəraitində qorumaq üçün birgə səy göstərməli, müəyyən olunan normalara əməl olunmasına çağırmalıdır. 

Polisin hansısa vətəndaşı cərimələmək kimi bir niyəti yoxdur. Yalnız qaydalara əməl etməyən vətəndaşları qanun gücü, təsiretmə imkanları ilə çəkindirməyi əsas vəzifə kimi polis əməkdaşlarının qarşısına qoyulub. Nə qədər ölkəmizdə  pandemiya şəraitində virus riski var, polis tərəfindən müvafiq tədbirlər daha da qətiyyətlə davam etdiriləcək”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook