“Polis vətəndaşın cərimələnməsində maraqlı deyil” - Elşad Hacıyev
May 26
16:07
2021
"Heç bir halda dövlət, dövlət nümayəndəsi, polis hansısa vətəndaşın xüsusi karantin rejimi qaydalarının pozulması ilə bağlı inzibati məsuliyyətə cəlb edilməsində maraqlı deyil”.
Bunu "Report”un "Hüququnuz var” verilşində Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, heç bir halda polis əməkdaşlarının üzərinə belə bir öhdəlik qoyulmayıb: "Yalnız sosial məsafəyə ciddi fikir verilməsini tələb edirik. Çünki insan həyatı, insan sağlamlığı ilə bağlı risk var. Bu risk gözardına alınmamalıdır. Bizi narahat edən məsələlərdən biri aktiv koronavirus xəstələrinin ictimai yerlərdə hərəkət etməsidir. Bu da cinayət məsuliyyəti yaradır”.