SON XƏBƏR

Polis icazəsiz aksiyanın qarşısını aldı

Mart 27
19:16 2016
Polis Brüsseldə terror aktı qurbanlarının xatirəsinin yad edildiyi meydanı terror əleyhinə icazəsiz aksiya keçirən yüzlərlə nümayişçidən təmizləyib. Musavat.com xəbər verir ki, məlumatı "Le Soir” yayıb.
 
Məlumata görə, 450-yə yaxın xuliqan Belçika paytaxtının şimal vağzalında toplaşıb və Brüssel birjasının qarşısına gəlib. Məhz həmin yerə bir neçə gündür insanlar gələrək, şamlar yandırır, terror aktı qurbanlarının xatirəsinə güllər düzürlər.
 
Nümayişçilər "Biz öz evimizdəyik!”, eləcə də, Brüssel metrosu və hava limanındakı terror aktlarını pisləyən şüarlar səsləndiriblər.
 
"Reuters”in məlumatına görə, nümayişçi kütləni sakitləşdirmək üçün polis su şırnaqlarından istifadə edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook