SON XƏBƏR

Plagiatlıqla necə mübarizə aparmaq olar? (AÇIQLAMA)

Oktyabr 06
13:37 2017
Plagiat nədir - elm və incəsənətdə digər müəllifin yaradıcılığının, ideyasının şüurlu surətdə mənimsənilməsi, müəllifin və ya ixtiraçının hüquqlarının pozulması növüdür. Bu digər şəxsə məxsus əsərin (elmi, ədəbi, musiqi), ixtiranın və ya səmərələşdirici təklifin mənbəyinə istinad etmədən öz adı altında tamamilə və ya qismən istifadə edilməsi deməkdir. Dünyada plagiatlıqla mübarizədə müxtəlif üsullardan istifadə edilir.
 
Azərbaycanda isə bu halla qarşılaşanlar Müəllif Hüquqları Agentliyinə müraciət edərək plagiatla mübarizə apara bilərlər. Bəs müəllif hüquqları pozulanlar bunun qarşısını almaq üçün nə etməlidir?
 

 
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov "Qaynarinfo"ya açıqlamasında bildirib ki, bu halla üzləşən müəlliflər agentliyə ərizə ilə müraciət etməlidir:


"Müəlliflər bu cür halla rastlaşdıqları zaman müəllifi olduğu əsəri (yəni əsərin orjinalını) və plagiat faktını aşkar etdiyi əsərin bir nüsxəsi ilə agentliyə gələrək ərizə ilə müraciət etməlidir. Burda həmin faktla bağlı araşdırmalar aparılır və əgər, deyilən fakt aşkarlanarsa, bu barədə rəy hazırlanaraq şikayətçiyə təqdim olunur.
 
Məhkəməyə qədər olan prosedur isə bundan ibarətdir ki, plagiatlıq edən şəxs agentliyə dəvət edilir və ona qanunun müddəalarının pozulduğu izah olunur. Həmin şəxsi hansı hüquqi nəticələrin gözlədiyi haqqında məlumat verilir. Əgər plagiat əsərlərin yayılması ilə bağlı fakt olarsa, həmin şəxsdən məhkəməyə qədər olan müddətdə yayılan əsərlərin yığışdırlması ilə bağlı göstəriş verilir. Bundan sonra o müəllifdən üzr istəyə və əsərlərin yayılmaması üçün elan verə bilər. Əgər həmin şəxs bu əsərlərin plagiat olmadığını iddia edirsə, o zaman ərizə əsasında rəy yazılır və özünümüdafiə üçün məhkəməyə təqdim olunur. Bu il ərzində bir neçə elmi əsərlərlə bağlı müraciətlər olunub və məhkəməyə müraciət edilib. Əgər müəlliflər bu cür hallarla raslaşarlarsa bizə hər zaman müraciət edə bilərlər". 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook