PKK Türkiyədə daha bir terror aktı törədib
Mart 25
10:05
2016
Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda hərbi hissəyə qarşı törədilən terror aktı nəticəsində 3 əsgər şəhid olub, 22 hərbçi yaralanıb.
Rəsmi məlumata görə, terror PKK tərəfindən bomba yüklü maşının hərbi hissəyə çırpılması ilə törədilib. Bunun ardından PKK tərəfdarları hərbi hissəyə silahlı hücum ediblər. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.(AZƏRTAC)
Qlobal.az



