SON XƏBƏR

PKK liderindən HƏYASIZ AÇIQLAMA: “Ankara istəsə...”

Aprel 25
21:36 2016
PKK Türkiyəyə qarşı hərbi əməliyyatların miqyasını artıracaq. Məlumata görə, bunu BBC-yə müsahibəsində PKK-nın Kandil dağındakı liderlərindən biri Cəmil Bayık deyib. "Kürdlər sonuna qədər mübarizə aparacaq. Türkiyə öz mövqeyini dəyişməyənədək PKK hərbi əməliyyatları genişləndirəcək". Bayık həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı münaqişənin dərinləşməsində günahlandırıb: "O (Ərdoğan) istəyir ki, kürdlər təslim olsunlar. Biz təslim olmasaq, o, bütün kürdləri öldürmək istəyir. O, bunu açıq bəyan edir, gizlətmir".
 
Eyni zamanda kürd lideri bildirir ki, PKK kürd regionlarını Türkiyədən ayırmaq istəmir və Ankara danışıqlar aparmaq istəsə, türk tərəfi ilə əməkdaşlıq etməyə hazırdır. (anspress)
 
Ərdoğanın müşaviri İlnur Çevik isə öz növbəsində BBC-yə açıqlamasında Türkiyə hökümətinin hələlik PKK ilə heç bir danışıqları planlaşdırmadığını bildirib.
"Onlar (kürdlər) Türkiyə ərazisində yeni dövlət qurmağı istəyirlər, bu aydındır", - deyə o bildirib.
 
PKK və türk höküməti arasında iki il davam edən razılıq ötən ilin iyulunda pozulub. O vaxtdan türkiyə ordusu ilə toqquşmalar aqressivləşib. Hazırda türk aviasiyası İraqın Şimalında yerləşən PKK bazalarına zərbələr endirir. 
 
Ötən aylar ərzində Türkiyə ordusu və PKK arasında aparılan hərbi əməliyyatlar nəticəsində 340-dan çox türk hərbçisi həlak olub. PKK tərəfinin itkiləri 5000 nəfər təşkil edir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook