Piter Teys: "Azərbaycanın sabit iqtisadiyyatı ABŞ-ın strateji sərmayələri üçün əlverişlidir"
Fevral 03
13:29
2022
"ABŞ ixracatı üçün ölçüsü etibarilə 110-cu bazar olan Azərbaycanın çox sabit iqtisadiyyatı ABŞ-ın strateji sərmayələri üçün xeyli əlverişlidir".
Bunu "Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər eksperti Piter Teys bildirib.
ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 ilinin tamam olduğunu xatırladan ekspert iki ölkə arasındakı əməkdaşlıqda iqtisadiyyat və ticarətin mühüm yer tutduğunu deyib.
Onun fikrincə, Prezident İlham Əliyevin yürütdüyü praqmatik və səmərəli xarici siyasət həmin əməkdaşlığın daha da genişlənməsinə gətirib çıxararaq rəsmi Vaşinqtonun diqqətini Azərbaycandakı əlverişli işgüzar mühitə cəlb edib.



