Pezeşkian paytaxtın Tehrandan köçürülməsi təklifini yenidən gündəmə gətirib
Noyabr 21
09:25
2025
İran prezidenti Məsud Pezeşkian ölkənin paytaxtı Tehranın başqa yerə köçürülməsinin vacibliyini bir daha vurğulayıb.
APA xəbər verir ki, bu barədə Fars xəbər agentliyinin məlumatında deyilir.
Pezeşkian bildirib ki, şəhər əhalisi artmağa davam edərsə, su ehtiyatları bütün sakinləri təmin etmək üçün kifayət etməyəcək.
"Bizim başqa seçimimiz yoxdur. Bu, zərurətdir", - prezident bildirib.



