Peyğəmbərin 2 min illik SİRRİ: bu türk kimi, onu öyrənən hər kəs öldürülür
Mart 26
11:04
2017
2009-cu ildə helikopter qəzasında həlak olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sivasdan seçilmiş deputatı, Böyük Birlik Partiyasının (BBP) təsisçisi və ilk sədri Muhsin Yazıcıoğlunun maraqlı görüntüləri ortaya çıxıb.
Qeyd edək ki, M.Yazıcıoğlunun olduğu helikopterin FETÖ tərəfindən qəzaya salındığı ehtimal olunur. Həmçinin, iddia olunur ki, onun öldürülməsinə səbəb "Barnabas İncili” olub.
Məlumata görə, qəza zamanı həlak olan M.Yazıçıoğlunun "Blackberry” markalı telefonunda "Barnabas İncili”nin fotoları olub. Yazıcıoğlu bu İncillə bağlı film çəkdirmək istəyirmiş. FETÖ mənsubları həmin telefonun yaddaş kartını oğurlayıblar.
"Barnabas İncili” İsa peyğəmbərin tələbəsi Əziz Barnabas tərəfindən yazılıb. Bu, orijinal İncildir və Vatikanın təbliğ etdiyi İncildən fərqlənir. Həmin İncilin orijinal nüsxəsindən biri də Türkiyədədir.
Bu İncildə hazırda Vatikanın təbliğ etdiyi xristianlığın, xüsusilə İsa peyğəmbər haqqında bir çox şeyin yalan olduğu barədə faktlar var. Orijinal İncil olaraq tanınan bu kitabda əslində İsa peyğəmbərin evləndiyi, ailəsinin qəbrinin olduğu yer kimi dəlillər var. Buna görə də Vatikan iki min ildir orijinal İncili gizlədir. Çünki bunun ortaya çıxması bütün dünyada dəyişikliyə səbəb ola bilər. İddialara görə, bu İncili kim görürsə, o, mütləq öldürülür. Maraqlı məqamlardan biri də odur ki, Türkiyə dövləti əlindəki orijinal İncili nə vaxt gündəmə gətirmək istəsə, terror və digər hücumlarla qarşılaşır.
Türkiyəli aktyor və rejissor Ahmet Yenilmez isə öldürülməsindən 15 gün öncə Yazıcıoğlunun ona telefonunda "Barnabas İncili”nin fotolarını göstərdiyini açıqlayıb.
"Gecə saat 03:30-da mənə zəng etdi. Evinin yanındakı kafedə görüşdük. Dörd nəfər də var idi. Məndən bir film çəkməyimi istədi. Qarşıma Aydoğan Vatandaşın (FETÖ-nün əsas adamlarından biri – red.) kitabını qoydu və "buna ssenari yaz” dedi. Cib telefonunda mənə "Barnabas İncili”nin fotolarını göstərib dedi ki, "bunu görən hər kəs ölür, bilirsənmi?”. Yanındakı bir nəfər də "başqanım, siz görmüsünüzmü?” deyə soruşdu. Yazıcıoğlu da "hazırda görürük” cavabını verdi. 15 gün sonra onun ölüm xəbəri gəldi”, – deyə o bildirib.
Onun sözlərinə görə, Abdullah Çatlı, professor Mahmud Esad Coşan və Muhsin Yazıcıoğlu eyni səbəbə görə öldürülüb: "Abdullah Çatlı da "Barnabas İncili”ni tapmaq istəyirdi. Onun öldüyü qəzadan 20 dəqiqə öncə Yazıcıoğluna zəng edərək, "təcili görüşməyimiz lazımdır” deyib. 20 dəqiqə sonra qəzada öldü, çantası da yoxa çıxdı”.
A.Yenilmez qeyd edib ki, "Barnabas İncili”ndə Məhəmməd Peyğəmbərin gələcəyi haqda danışılır: "Orada həmçinin, Qurban kəsmək və İsmayıl Peyğəmbər haqqında da sözlər var. Vatikan bu İncilin ortaya çıxmasını istəmir. Çünki bu İncil müsəlmanlarla xristianları yaxınlaşdırır. Onlar isə bunu istəmirlər”.