“Petkim”də Gülən tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirilir
Avqust 02
11:12
2016
Türkiyənin "Petkim” neft-kimya kompleksində Fətullah Gülən hərəkatı tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirilir.
Trend-in məlumatına görə, hazırda kompleks ərazisindəki binada axtarışlar həyata keçirilir. Əməliyyatın başqa detalları barədə açıqlama verilmir.
Daha öncə Direktorlar Şurasının sədri Vaqif Əliyev bildirmişdi ki, iyulun 27-dən etibarən "Petkim” holdinqində (SOCAR-ın Türkiyə aktivi) ayrı-ayrı departamentlərdən 27 nəfər işdən azad edilib.
Qlobal.az



