SON XƏBƏR

Peskov üç ildir Putinin kabinetində “yatan” portretin sirrini açdı

İyun 22
14:26 2020
Dmitri Peskov artıq üç ildir Putinin şəxsi kabinetindəki divanda "yatan” portretin sirrini açıb. 

Qaynarinfo xəbər verir ki, mətbuat katibi jurnalistlərə rəsmin Yaponiyadan gəldiyini, prefekturalardan birində düyü kağızında xüsusi qədim texnologiya ilə çəkildiyini bildirib.

Belə dəyərli bir hədiyyənin üç ildir divanda yatıb-qaılması ilə bağlı suala Peskov belə cavab verib: 

"Çünki prezident hesab edir ki, onun yeri elə divanın üstüdür".

Prezidentin Yaponiyada çəkilib hədiyyə edilən portreti "Rusiya.Kreml.Putin" filmi ərəfəsində nümayiş olunan kadrlarda diqqət çəkib. O, 2017-ci ildə Oliver Stoun tərəfindən Vladimir Putin haqqında çəkilən filmdə də kadrlara düşmüşdü.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook