SON XƏBƏR

Peskov Rusiyanın mövqeyini açıqladı

İyul 20
15:06 2020
Rusiya ümid edir ki, Azərbaycan və Ermənistan sərhədindəki vəziyyət mümkün qədər tez həll ediləcək və bu münaqişə ətrafındakı emosional vəziyyət normala dönəcək.

Trend-in məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Münaqişənin Moskvada ticarət sahəsinə təsiri barədə məlumatlara münasibət bildirən Kremlin sözçüsü vurğulayıb ki, Rusiya vətəndaşı olan həm ermənilər, həm də azərbaycanlılar Rusiya cəmiyyətinin hörmətli üzvləridir, lakin aydırndır ki, "Azərbaycan-Ermənistan sərhədində eskalasiyanın artması bu şəxsləri laqeyd qoya bilməz:

"Ümid edirik ki, bu vəziyyət ən qısa zamanda həll ediləcək və bununla da emosional fon da normal vəziyyətə qayıdacaq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook