Peskov Putinin Türkiyəyə səfərinin vaxtı ilə bağlı açıqlama verdi
![](https://qlobal.az/photo/680x365/2024-07/1720081992_040d6eb7-4fc9-42e6-bf45-90c57b0cde68.jpg?1720381691)
İyul 04
12:32
2024
"Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi müəyyənləşdirilməyib".
Putin son dəfə Türkiyəyə 2020-ci ilin yanvarında səfər edib. Bununla belə, iki ölkənin prezidentləri, o cümlədən telefon vasitəsilə müntəzəm əlaqə saxlayırlar. (Mənbə: TASS)
Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan hələ Rusiya prezidentinin Türkiyəyə səfərinin tarixini müəyyənləşdirməyiblər, bu, diplomatik kanallar vasitəsilə razılaşdırılacaq", - deyə o bildirib.
Xatırladaq ki, iyulun 3-də Putin və Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti ərəfəsində Astanada ikitərəfli danışıqlar aparıblar. Görüşdə Putin Ərdoğana Türkiyəyə mütləq səfər edəcəyinə söz verib: onun səfəri çoxdan planlaşdırılıb, lakin qrafikləri razılaşdırmaq mümkün olmayıb. Türkiyə lideri həmkarını ən qısa zamanda qonaq kimi gözlədiyini qeyd edib.