Pərviz Şahbazov İGB-nin açılışında iştirak edəcək
İyul 07
11:38
2022
Bu gün Azərbaycanın energetika naziri Pərviz Şahbazov Yunanıstana səfət edəcək.
Bu barədə "Report”a energetika nazirinin müşaviri Zəminə Əliyeva məlumat verib.
IGB boru kəməri artıq hazırdır və bu ay artıq İGB kommersiya fəaliyyətinə başlaması nəzərdə tutulur. Açılışında həmçinin Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisin də iştirak edəcəyi nəzərdə tutulur.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Belə ki, "Bulgargaz EAD” dövlət şirkəti "Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazı almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək.



