SON XƏBƏR

Pentensiar Xidmətin əsgəri özünü alnından güllə ilə vurub

May 08
09:49 2020
Cəzaçəkmə müəssisəsində əsgər başından özünü gülləyib.

Qlobal.az APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəza çəkmə müəsissəsində baş verib. Pentensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. O, alnından güllə yarası alıb.

Yaralı 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında hadisəni təsdiqləyib. O bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook