Pentaqon: İŞİD 2016-cı ildə Avropa və ABŞ-da terror aktları törətməyə çalışacaq
Mart 03
15:24
2016
İŞİD terror qruplaşması 2016-cı ildə Avropa və ABŞ-da terror aktları törətməyə çalışacaq.
APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru general-leytenant Vinsent Stüart bildirib.
"Parisdəki hücumlardan sonra, İŞİD ABŞ və onun müttəfiqləri üçün əsas təhdid oldu”, - deyə Stüart Konqresdə dinləmələr zamanı çıxışında bildirib.
"Ehtimal var ki, İŞİD 2016-cı ildə Avropa və ABŞ-da terror aktları törətməyə çalışacaq”, - deyə o əlavə edib.



