SON XƏBƏR

Penitensiar Xidmətdə yeni elektron idarəetmə sisteminin təqdimatı olub

Dekabr 27
11:48 2015
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində xidmət üzrə yeni yaradılan "Vahid elektron baza və idarəetmə sistemi”nin təqdimatı olub.
 
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”na əsasən Xidmət üzrə "Vahid elektron baza və idarəetmə sistemi”nin yaradılması məqsədilə "Ultra computers” icraçı şirkəti ilə müqavilə imzalanıb. Layihənin icrasına 2013-cü ilin ikinci yarısından etibarən başlanılıb.
 
Penitensiar Xidmət rəhbərliyinin, xidmət üzrə qeydiyyat qurumları əməkdaşlarının və "Ultra computers” icraçı şirkətinin nümayəndələrinin iştirakı ilə yeni proqramla işləmə qaydalarının mənimsənilməsinə dair treninqlər keçirilib və layihə üzrə aparılan işlər barədə ictimaiyyətə məlumat verilib.
 
Təqdimat mərasimində Ədliyyə Nazirliyinin məsul əməkdaşları, Penitensiar Xidmətin və Tibb Baş İdarəsinin rəhbərliyi, şirkətin nümayəndələri və ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri iştirak ediblər.
 
Yeni elektron idarəetmə sistemi icraçı şirkət tərəfindən iştirakçılara təqdim olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook