Pele Putinə Ukrayna ilə bağlı müraciət edib
İyun 02
08:04
2022
Braziliyalı futbol əfsanəsi Pele Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı müraciət edib.
"Mən bir xahişlə müraciət etmək istəyirəm: bu müharibəni dayandırın. Zorakılığa haqq qazandıra biləcək heç bir arqument yoxdur”, - Pele bildirib.
O, həmçinin qeyd edib ki, bu münaqişə şərdir, əsassızdır və xalqa ağrı, qorxu, dəhşət və əzabdan başqa heç nə gətirmir.