SON XƏBƏR

Pekində Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək

Noyabr 21
11:36 2015
Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclası noyabrın 25-26-da Pekində keçiriləcək.
 
Azərbaycan ilə Çin arasında iqtisadi və ticarət münasibətlərinin daha da genişləndirilməsi üçün yaradılmış komissiyanın 5-ci iclasına Azərbaycan tərəfdən Baş nazirin müavini Abid Şərifov, Çin tərəfdən kommersiya nazirinin müavini Con Şan sədrlik edəcəklər.
 
İclas çərçivəsində Azərbaycanın və Çinin müvafiq dövlət qurumları arasında ikitərəfli görüşlərin, ölkəmizin nəqliyyat-logistika imkanlarına dair təqdimatın keçirilməsi planlaşdırılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook