Patruşev və Usubov informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı müzakirə ediblər
Noyabr 04
09:55
2022
Noyabrın 3-də Moskvada Azərbaycan və Rusiya Təhlükəsizlik Şuralarının katibləri Ramil Usubov və Nikolay Patruşev arasında görüş keçirilib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasından bildirilib ki, görüş MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin illik toplantısı çərçivəsində keçirilib.
Patruşev və Usubov "regionda təhlükəsizlik məsələlərini, o cümlədən informasiya təhlükəsizliyi və terrorizmlə mübarizə sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının gələcək tədbirlərini” müzakirə ediblər.
"Bundan əlavə, həmsöhbətlər hər iki ölkənin təhlükəsizlik şuraları arasında 2023-2024-cü illər üçün əməkdaşlıq planını imzalayıblar və bu planın həyata keçirilməsinin Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıblar”, – məlumatda deyilir.
"Xarici qeyri-hökumət təşkilatlarının və KİV-lərin MDB ölkələri ərazisində dağıdıcı fəaliyyəti probleminə toxunulub”.
Bundan başqa, MDB məkanında faşizmin tərənnümü və tarixin saxtalaşdırılmasına qarşı mübarizə tədbirləri də müzakirə edilib”, – məlumatda deyilir.



