SON XƏBƏR

“Paşinyanın “sülh kəsişməsi” layihəsi Ermənistana 400-500 milyon dollara başa gələcək” – Maliyyə naziri

Noyabr 28
14:48 2023
"Sülh kəsişməsi” layihəsinə daxil olan kommunikasiya əlaqələrinin tam şəkildə yenidən qurulması üçün 400-500 milyon dollar vəsait lazımdır.

"AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Ovannisyan deyib.

Nazirin sözlərinə görə, hökumət layihənin həyata keçirilməsi üçün müxtəlif ssenariləri nəzərdən keçirir.

"Hərşey əvvəlcə hansı ssenari ilə gedəcəyimizdən, sonra hansı ssenarinin gerçəkləşəcəyindən asılıdır. Məsələn, Naxçıvandan qərb sərhədinə qədər yol çəkməliyikmi? Əgər belədirsə, deməli, onun bir dəyəri var. Məsələn, Aşağı Axta -İcevan-Qazax-Ağstafa dəmir yolu xəttinin bərpası üçün 318 milyon dollar, Naxçıvan və Qərbi Zəngəzurdan keçəcək Arazdəyən-Horadiz dəmiryolunun bərpası üçün 61,5 milyon dollar, Gümrü-Arpaçay dəmiryolu stansiyasının bərpası üçün 8-9 milyon dollar, Arazdəyən-Naxçıvan və Naxçıvan-Qərbi Zəngəzur-Azərbaycan avtomobil yollarının yenidən salınması üçün isə təxminən 101 milyon dollar vəsait lazımdır”,-deyə o qeyd edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook