SON XƏBƏR

Paşinyanın hakimiyyəti dövründə Ermənistanda korrupsiya və rüşvətxorluq artıb

Fevral 10
11:53 2023
Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə ölkədə korrupsiya və rüşvətxorluq daha da artıb.

"Report” "Joxovurd”a istinadən xəbər verir ki, bu barədə "Transparency International”ın 2022-ci il üçün Korrupsiya Qavrama İndeksinin hesabatında bildirilib.

Sənədə əsasən, Ermənistan nəinki durğunluqdan çıxa bilməyib, əksinə 3 xal itirərək mövqeyini zəiflədib. Hazırda Ermənistan bu göstərici üzrə 46 xalla 63-cü yerdədir.
 
Qəzetin yazdığına görə, N.Paşinyan isə bütün bunlara görə başqalarını günahladırır.

Hökumət başçısı fevralın 9-da parlamentin iclasında korrupsiya ilə bağlı sorğu-suala cavabında deyib: "Məsələn, mən hesab edirəm ki, bu və ya digər məmur haqqında mediada yazılanların burada rolu var. Ancaq mənim müxtəlif korrupsiya sövdələşmələrindən xəbərim yoxdur”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook