Paşinyandan Azərbaycanla sülh müqaviləsi ilə bağlı açıqlama

Mart 14
07:00
2025
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi layihəsinin təsdiqini mühüm hadisə adlandırıb.
Oxu.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində bildirib.
"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə danışıqlar başa çatıb və bunu mühüm hadisə hesab edirəm", - hökumət başçısı vurğulayıb.
Sazişin mətninin nə vaxt dərc olunacağına aydınlıq gətirilməsini xahiş etdikdə, Paşinyan bildirib ki, bu sahədə beynəlxalq prosedurları nəzərdən keçirmək lazımdır.
"Onun müddəalarından hər hansı birinin cəmiyyət üçün sürpriz olması ehtimalı azdır", - o əlavə edib.