Paşinyan yenə sərsəmlədi - Rəsmi Bakıdan İrəvana xəbərdarlıq

Fevral 17
09:01
2023
44 günlük Vətən Müharibəsindən sonra kapitulyasiya aktına imza atan, uzun müddət gizləndiyi "deşikdən” çıxa bilməyən Paşinyan bir müddətdir ki, yenidən sərsəm bəyanatlar verməyə başlayıb. Ermənistanı gah Rusiyada, gah da Qərbdə "bazara çıxaran” marionetka Baş nazir Azərbacanın daxili işlərinə "burnunu soxmağa” çalışır.
"AzPolitika.info” erməni mediasına istinadla bildirir ki, hökumətin iclasında danışan Paşinyan "hərbsizləşdirilmiş zona” kimi sərsəm ideyanı ötən il Soçi görüşdə də səsləndirdiyini iddia edib.
O, hətta bir qədər də irəli gedərək, Xankəndində qalan qanunsuz erməni silahlı dəstələrinin çıxardılmasını da bu "ideyanın” kerçəkləşməsinə bağlayıb.
Əlbəttə, Paşinyanın bu cür sərsəm ideyalarla çxış etməsində məqsədi sülh sazişinin imzalanmasını mümkün qədər uzatmaq niyyəti ilə bağlıdır. Hələ də regionda nələrinsə dəyişə biləcəyinə, Ermənistan üçün daha əlverişli mühitin yarana biləcəyinə ümid edir.
Nazir Bayramov bildirib ki, Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində təkliflərinə baxmayaraq, Ermənistan tərəfindən sülh sazişi üzrə danışıqlara törədilən maneələr, silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmaması, hərbi təxribatları və qeyri-qanuni iqtisadi fəaliyyəti davam etdirməsi öhdəliklərin pozulmasına gətirib çıxarır.