SON XƏBƏR

Paşinyan və Putin arasında telefon danışığı olub

Sentyabr 16
11:08 2022
Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Nikol Paşinyan vurğulayıb ki, hazırda sərhəd nisbətən sakit olsa da, vəziyyət gərgin olaraq qalır.

Bildirilib ki, ölkə liderləri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrası ilə bağlı məsələləri müzakirə ediblər.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook