Paşinyan Qarabağ nizamlanması barədə danışıqları qeyri-real adlandırdı
Noyabr 08
12:18
2020
Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi fəaliyyət şəraitində Qarabağ nizamlanması barədə danışıqların normal, ancaq qeyri-real olduğunu deyib.
"RİA Novosti”nin məlumatına görə, o bu barədə Almaniyanın ARD telekanalına verdiyi müsahibədə bildirib.
Paşinyan əlavə edib ki, danışıqların şərtləri Moskvanın bəyanatında müzakirə edilib və razılaşdırılıb, sonradan isə öz təsdiqini tapıb.
Ermənistanın baş naziri ATƏT-in Minsk Qrupunun Qarabağ məsələsinin müzakirə və həll ediləcəyi yeganə format olduğunu da əlavə edib.



