SON XƏBƏR

Paşinyan Ərdoğanı təbrik etdi, ermənilər “cinləndi”

May 29
10:32 2023
Ermənistanın baş naziri Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib. 

Qaynarinfo xəbər verir ki, o, mesajını Twitter səhifəsində yazıb.

"Mən prezident Ərdoğanı yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edirəm. Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşması istiqamətində birgə işimizi davam etdirməyi səbirsizliklə gözləyirəm", - Ermənistanın baş naziri yazıb.

Qeyd edək ki, Türkiyə MSK Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın 52%-dən çox səslə qalib gəldiyini rəsmən elan edib.
Türkiyədəki seçki məntəqələri və xarici nümayəndəliklər və sərhəd-keçid məntəqələrindən gələn bülletenlərin 99,43%-ni emal etdikdən sonra Ərdoğan 52,14%, Kamal Kılıçdaroğlu 47,86% səs toplayıb.

Ərdoğanın Kılıçdaroğlu üzərindəki üstünlüyü 2 milyon səsi keçib.

Seçkilərin yekun nəticələri iyunun 1-də "Rəsmi Qəzet”də dərc olunacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook