Paşinyan bəzi hərbçiləri cəzalandıracağının anonsunu verib
Dekabr 25
09:27
2021
"Mən etdiyim səhvi heç vaxt təkrarlamaram. Ordu ilə bağlı hər hansı məsələni açıq müzakirə etməkdən imtina edirəm”.
"Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunları ölkənin baş naziri Nikol Paşinyan bu gün onlayn keçirdiyi mətbuat konfransında hansı silah və hərbi texnikanın alınması ilə bağlı sualı cavablandırarkən deyib.
Baş nazir özünümüdafiə sistemində əsaslı islahatlar mövzusunun müzakirə olunub-olunmaması ilə bağlı suala belə cavab verib: "Mən incəliklərlə bağlı məsələləri, ordu ilə bağlı konkret mövzuları müzakirə etməyəcəm və hamıya bunları açıq müzakirə etməməyi məsləhət görürəm.
Amma bizim silahlı qüvvələrlə bağlı bütün yanaşmalarımız Ermənistan Respublikası hökumətinin fəaliyyət proqramında öz əksini tapıb. Orada hər şey qeyd olunub və proseslər onun çərçivəsində baş verəcək”.



