Paşinyan bəyanat yaydı: Çətin bir qərar verdim
Noyabr 10
02:10
2020
Ermənistanın baş naziri açıqlama yayıb.
Açıqlamada deyilir:
"Əziz həmvətənlər, bacılar və qardaşlar. Özüm üçün və hamımız üçün çətin, son dərəcə çətin bir qərar verdim.
Bu qərarı hərbi vəziyyətin dərin bir təhlili və vəziyyəti ən yaxşı bilən insanların qiymətləndirməsi nəticəsində verdim. Həm də bunun mövcud vəziyyət üçün mümkün olan ən yaxşı həll olduğuna inama əsaslanır. Bütün bunlar barədə yaxın günlərdə ətraflı bir mesaj verəcəm.
Gələcəyimizi planlaşdırmaq və keçmişdəki səhvləri təkrarlamamaq üçün müstəqilliyimizi təhlil etməliyik.
Bütün şəhidlərimizin qarşısında diz çökürəm. Vətəni canları ilə müdafiə etmiş və qoruyan bütün əsgərlərimizə, zabitlərimizə, generallarımıza, könüllülərimizə baş əyirəm. Artsax ermənilərini fədakarlıqla xilas etdilər.
Biz sona qədər mübarizə apardıq. Və biz qazanacağıq.



