"Paşa Sığorta" vətəndaşa dəymiş zərəri niyə ödəmir? - VİDEO+FOTO
İyul 24
12:35
2023
"Paşa Sığorta" vətəndaşa dəymiş zərəri niyə ödəmir?
Laçın rayon Vağazin kənd sakini Dünyamalıyev Mirsalam Rəşid oğlu redaksiyamıza müraciət edərək bildirir ki, ondan asılı olmayan səbəbdən Zərdab-Ağcabədi avtomobil yolunun Taxta-Körpü adlanan ərazisində 05.07.2023-cü il tarixdə yol-nəqiliyyat hadisəsi baş vermişdir.
Paşa sığorta şirkətinin ərazi numayəndəsi qəza yerində olmuş və 10 KH 108 dövlət qeydiyat nişanlı VAZ 21061 markalı minik avtomobilinə dəymiş zərəri 4850 manat qiymətində dəyərləndirmişdir.
Dünyamalıyev bildirir ki, hadisənin baş verdiyindən bir neşə gün keçdikdən sonra Paşa Sığortanın baş ofisindən ona zəng vuraraq dəymiş zərərə görə 1800 manat təklif ediblər.
Bu təkliflə razılaşmayan şikayətçi Mirsalam Dünyamalıyev onu da bildirir ki, keçirdiyi qəza nəticəsində sol ayağı da dizdən yuxarı üç yerdən sınıb.
Şikayətçi vətəndaşın sözlərinə görə, onun sığortasının baza hissəsi 5000 manat təşkil edir, amma buna baxmayaraq sığorta ona 1800 manat təklif edib.
Mirsalam Dünyamalıyev qeyd edir ki, avtomobil tamamilə yararsızdır, təmiri mümkün deyil. O, səbəbdən də sığortanın baza hissəsinə uyğun olaraq dəymiş zərər 4850 manat civarında hesablanmalıdır.
O bildirir ki, artıq aydiyatı üzürə Azərbaycan Respublikasının Mərkəzi Bankı İstelahçılarla iş Departamentinə də müraciət edib.
Məsələ ilə bağlı "Paşa Sığorta"-dan mövqe öyrənə bilmədik.

Mənbə: İnterPosta.info
***
"Paşa Sığorta" məsələ ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir:
"05 iyul 2023-cü il tarixində Taxta Körpü ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "PAŞA Sığorta” ASC-də "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış avtomobil ilə Dünyamalıyev Mirsalam Rəşid oğlunun idarə etdiyi 10 KH 108 nömrəli VAZ 21061 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur.
Hadisə ilə bağlı məlumat daxil olan kimi müraciət "PAŞA Sığorta” ASC tərəfindən qeydiyyata alınmış, şirkətin səlahiyyətli nümayəndəsi hadisə yerinə yaxınlaşmış, hadisə yerində baxış həyata keçirmişdir.
Qeyd etmək lazımdır ki, qəza komissarları avtomobilə dəymiş zərəri qiymətləndirmir, bu səbəbdən hadisə yerində sığortalı şəxsə ödəniləcək sığorta təminatı barədə məlumat verilməsi mümkün deyil. Zərərlərin qiymətləndirilməsi bu sahədə xüsusi biliklərə malik qiymətləndiricilər tərəfindən həyata keçirilir. Buraxılış ili 1983-cü il olan 10 KH 108 dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, zərər 1800 AZN məbləğində müəyyən edilmişdir.
Qeyd edək ki, qiymətləndirmə aparılarkən zərər məbləği avtomobilin ümumi bazar dəyəri nəzərə alınmaqla təyin edilir. Əlavə olaraq Mirsalam Dünyamalıyevə qiymətləndirmə ilə bağlı müstəqil ekspertin xidmətlərindən yararlanmaq hüququnun mövcud olduğu bildirilmişdir."