Partiya sədrindən Axundovaya ittiham: "1 milyon rüşvət verdi və səfir oldu"
İyun 03
14:53
2022
"Azərbaycanda bəzi adamlar layiq olmadığı mövqelərə gəlirlər”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri bildirib ki, bu zaman da həmin adamlar davranışı ilə özünü insanların nəzərində saxlayır:
S.Cəlaloğlu Elmira Axundovanın yüksək maaş alması və əlavə imtiyazlardan yararlanmasından da danışıb: "Qeyri-hüquqi işlərin bütün müəssisələri də qeyri-hüquqidir. Elə adamın mənəvi haqqı yoxdur ki, deputat və səfir olsun. Bundan sonra nə əldə etməsi, nə əldə etməməsi və s. bütün bunların hamısı qanundankənar şeylərdir. Bu məsələyə yalnız siyasi qiymət verə bilərəm. Siyasi qiymətim odur ki, bu adam Rusiyanın maraqlarını müdafiə edən adamdır. Bunun səfir və deputat olması Rusiyanın bilavasitə təsiri ilə əlaqəlidir”.
Qlobal.az



