SON XƏBƏR

Paris Hospitallar İdarəsi: terror aktlarında ölənlərin sayı 129 olaraq qalır

Noyabr 16
16:40 2015
Paris Hospitallar İdarəsi silsilə terror aktları nəticəsində ölənlərin sayı ilə bağlı məsələyə aydınlıq gətirib.
 
 
TASS agentliyinin verdiyi xəbərə əsasən, ölənlərin sayı 132 deyil, 129 olaraq qalır.
 
 
Qeyd olunur ki, daha öncə xəstəxanada 3 yaralının ölməsi barədə yayılan məlumat səhvdir. Həmən üç nəfər bundan əvvəl Paris Prokurorluğunun verdiyi məlumatda qeydə alınmışdır. Nəticə olaraq anlaşılmamazlıq yaranıb və həmin məlumat Fransanın kütləvi informasiya vasitələri tərəfindən yayılmışdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook