SON XƏBƏR

Paris-2024: Azərbaycanın paraatıcısı Paralimpiya Oyunlarına lisenziya qazandı

İyul 17
18:47 2024
Azərbaycanın paraatıcısı Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Qaynarinfo xəbər verir ki, paraatıcılıq üzrə milli komandamızın üzvü Aybəniz Babayeva Paris-2024 Paralimpiya Oyunlarında iştirak edəcək.

Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında idmançımıza Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ ("bipartite”) verilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook