SON XƏBƏR

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Sentyabr 04
01:52 2024
Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında qızıl medal qazanaraq yeni dünya rekorduna imza atıb.

"Report"un məlumatına görə, təmsilçimiz T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda uğurlu nəticəyə imza atıb.

11.76 saniyə nəticə ilə finiş xəttini birinci keçən L.Vəliyevə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançımız bununla da Rio-2016 Paralimpiadasında 11,79 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı (Ukrayna) qabaqlayaraq yeni dünya rekordu müyyənləşdirib.

Qeyd edək ki, bundan əvvəl Vəliyeva Tokio-2020-də 400 metr məsafəyə qaçışda qızıl medal qazanmışdı.

Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook