"Paramount Global” şirkəti sahibini dəyişəcək
İyul 08
20:13
2024
"Paramount Global” şirkəti "Skydance” studiyası ilə birləşərək fərqli sahibi olacaq "New Paramount” yaradır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Paramount”un mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Amerikanın "Paramount Global" və "Skydance Media" media holdinqləri "Paramount"un sahibliyinin dəyişməsinə səbəb olacaq birləşməyə razılaşıblar.
Məlumatda sövdələşmənin iki mərhələdə baş tutacağı bildirilir.
Birinci mərhələdə "RedBird Capital Partners” investisiya fondu və milyarder Larri Ellisonun ailəsi (onun oğlu "Skydance”in yaradıcısıdır) "Paramount”un ana şirkəti olan "National Amusements” üçün 2,4 milyard dollar vəsait ödəyəcək.
İkinci mərhələdə onlar "Paramount”un A və B kateqoriyalı, yəni səsvermə hüququ olan və olmayan səhmləri üçün daha 4,5 milyard dollar ödəyəcək, həmçinin ilkin kapital şəklində 1,5 milyard dollar sərmayə qoyacaqlar.
Birləşmə 28 milyard dollar dəyərində "New Paramount”u yaradacaq.
Birləşmə əməliyyatının 2024-cü ilin birinci yarısında bitəcəyi gözlənilir. Bundan sonra Ellison ailəsi və "RedBird” investisiya fondu "New Paramount”un A sinifli səhmlərinin 100%-nə və B sinfinin 69%-nə sahib olacaqlar.
Yeni şirkətin rəhbərləri "Oracle”ın yaradıcısı Devid Ellison (idarə heyətinin sədri və baş direktor) və Ceff Şellin (prezident) oğlu olacaq.