Papikyan və Şoyqu müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər

Noyabr 24
10:31
2022
Ermənistanın müdafiə naziri Suren Papikyan və rusiyalı həmkarı Sergey Şoyqu arasında qısa söhbət olub.
"İclasdan (KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası – red.) dərhal sonra Rusiya Federasiyasının müdafiə naziri ilə qısa ayrı söhbətim oldu. Biz Sergey Şoyqu ilə ikitərəfli maraq doğuran bir sıra məsələlər, eləcə də müdafiə sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq”, - S.Papikyan qeyd edib.