“Panorama Park”ın mühafizəçisi bina sakinini döydü
Yanvar 28
21:09
2023
Xətai rayonu, Gəncə prospekti 29/30 ünvanında yerləşən "Panorama Park” yaşayış kompleksində mühafizəçi ilə bina sakin arasında baş verən davaya hüquqi qiymət verilib.
Qaynarinfo-nun məlumatına görə, "Panorama Park”da mühafizəçi işləyən Əfqan adlı şəxs Könül adlı bina sakinini döyüb.
Könül ifadəsində bildirib ki, onunla aralarında əvvəllər bir neçə dəfə şlaqbaumu açmadığına görə sözlü mübahisələr olub. Əfqan bu mübahisələri digər bina sakinləri ilə də edirmiş. 4 oktyabr 2022-ci il yaşadığı binanın dayanacağında özünə məxsus olan avtomobili saxlayıb, binanın giriş hissəsincd bəzi şəxslərin toplaşdığını görüb. Onlara yaxınlaşdıqda tanımadığı bir nəfərin Əfqanla sözlü mübahisə etdiyini görüb. O da mühafizəçi işləyən Əfqandan narazılığını bildirib. Ətrafa toplaşan bina sakinlərinə Əfqanın işdən çıxarılması ilə bağlı müraciət etməyi təklif edib. Sözünü deyib həmin yerdən uzaqlaşdıqda Əfqan arxadan onun boğazından turaraq, divara vurub, sonra yumruqla döyüb.
Anası Pərnaz onu Əfqanın əlindən alarkən onun qolunu burub. Daha sonra ətrafda olan polis əməkdaşları Əfqanı ondan uzaqlaşdırıb.

Məhkəmə təqsirləndirən şəxsi Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.
Qlobal.az