SON XƏBƏR

Pan Gi Mun Ərdoğana və Putinə çağırış etdi

Noyabr 30
11:59 2015
MT baş katibi Pan Gi Mun Türkiyə-Rusiya münasibətlərinin hazırkı durumu ilə bağlı böyük narahatlıq keçirir və tərəfləri aradakı gərginliyi azaltmağa çağırıb.
 
Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, BMT tədbirinin açılışına gəldiyi Parisdə bəyan edib. BMT baş katibi o sırada İŞİD terror qruplaşması ilə mübarizə üçün gərginliyi səngitməyə səsləyib.
 
"Koalisiya tərəfdaşları arasında ziddiyyətlər və gərginlik yaşanırsa, bu, terrorizmlə mübarizədə dünyanın səylərini səfərbər etməyə pozitiv təsir göstərmir” – qeyd edib Pan Gi Mun.
 
BMT-nin Paris konfransında Türkiyə və Rusiya prezidentləri də iştirak edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook