Pan Gi Mun Azərbaycana gələcək
Yanvar 27
23:04
2016
Aprelin 25-27-də Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Foruma BMT-nin Baş Katibi Ban Ki-Mun-un qatılması gözlənilir.
Bu haqda mədəniyyət və turizm naziri Əbülfəz Qarayev foruma hazırlıqla bağlı yaradılan təşkilat komitəsinin yanvarın 27-də keçirilən toplantısında xəbər verib. Nazir forum hazırlıqlarının plan üzrə davam etdirildiyini bildirib.
Ə.Qarayevin bildirdiyinə görə, foruma 50-dək ölkə başçısı və yüksək səviyyəli dövlət rəsmiləri qatılacaq. BMT-nin baş katibi Ban Ki-Mun-un forum çərçivəsində gənclərlə bağlı keçiriləcək tədbirə qatılması da planlaşdırılır.
Qlobal.az



