Palata sədri 2 xanım qohumunu şəhid atasını zərərsizləşdirmək üçün həbs etdirib?
Dekabr 27
10:41
2023
Xəbər verdiyimiz kimi, Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.
İlkin məlumata əsasən, mənimsənilən məbləğ 1 milyon manatdan çoxdur.
Belə ki, maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurlar.
Təqsirləndirilərən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bildirilir ki, 58 yaşlı Vəli Rəhimov ötən ay vəzifəsindən azad edilmişdi.
AzToday.az-a daxil olan məlumata görə, Auditorlar Palatasının üç sabiq əməkdaşının həbs olunmasında kifayət qədər ziddiyyətli məqamlar var. Məlumatda bildirilir ki, Vəli Rəhimov palatada baş verən korrupsiya faktları ilə bağlı hüquq-mühafizə orqanlarına etdiyi şikayətdən sonra həbs olunub. Belə ki, Auditorlar Palatasının sədri Vahid Novruzov Vəli Rəhimovun verdiyi korrupsiya hesabatından xəbər tutan kimi onu həbs etdirib. Vahid Novruzov onunla bərabər qohumları Gövhər Əhmədova və Fəridə Novruzovanı da cinayət məsuliyyətinə cəlb edib. İlkin ehtimallara görə, Vahid Novruzov bu addımı Vəli Rəhimovun zərərsizləşdirilməsi üçün həyata keçirib.
Məlumatda bildirilir ki, Vəli Rəhimov palatada dürüst işləyən şəxslərdən biri olub. Hətta oğlunun son 44 günlük Vətən Müharibəsində şəhid olduğu deyilir.
Auditorlar Palatasında baş verən korrusiya faktları ilə bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik.
Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.
Qlobal.az