Pakistanın Hərbi Hava Qüvvələrinin Komandanı Azərbaycanı tarixi qələbə münasibətilə təbrik edib
Dekabr 14
06:46
2021
Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Hərbi Hava Qüvvələri (HHQ) Komandanı, Aviasiya Marşalı Zahir Babar Sidhu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı səfir Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qaldığı təxminən 30 il müddətində, eləcə də Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib və buna görə öz təşəkkürünü bildirib.
Görüşdə ölkələrimiz arasında hərbi təhsil və təlim, hərbi-texniki əməkdaşlıq, təcrübə mübadiləsi və s. sahələrdə əlaqələrin dərinləşdirilməsi məsələləri də müzakirə olunub.



