SON XƏBƏR

Pakistanda 40 nəfər spirtli içkidən zəhərlənərək ölüb

Mart 24
21:19 2016
Pakistanın Karaçi şəhərində ən azı 40 nəfər keyfiyyətsiz alkoqollu içkidən zəhərlənərək ölüb.
 
"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "ARY News" telekanalı məlumat yayıb. Məlumata görə, zəhərlənmə nəticəsində təqribən 14 nəfər xəstəxanaya yerləşdirilib və hazırda müalicə olunur. Ölənlərdən ikisi qadındır. Zəhərlənənlərin əksəriyyəti Holi bayramını qeyd edən induizm dininin nümayəndələridir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook