Pakistan Hindistanın istənilən avantürasına qəti cavab verəcək - Baş Qərargah rəisi

May 02
09:01
2025
Pakistanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi (COAS) general Asim Munir Hindistanın istənilən avantürası sürətli və qətiyyətli cavabla qarşılanacağı barədə xəbərdarlıq edib.
Munir hərbçilərin nəyin bahasına olursa olsun Pakistanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə sarsılmaz qərarlı olduğunu bir daha təkrarlayıb.
Baş Qərargah rəisi zabit və əsgərlərin mənəviyyatını, döyüş hazırlığını və döyüş ruhunu yüksək qiymətləndirərək, onları Pakistan Ordusunun əməliyyat mükəmməlliyinin təcəssümü adlandırıb.