Osmanlı Sultanı haqda bilinməyən - 10 fakt
Fevral 11
21:18
2016
Sultan II Əbdülhəmid Osmanlı tarixində haqqında ən çox danışılan və ən çox kitab yazılan imperatorlardandır. 1842-ci ildə doğulan Sultan Həmid 33 il hakimiyyəti dövründə Osmanlı tarixində böyük dəyişikliklərə səbəb olan qərarlara imza atıb.
Axar.az türk mətbuatına istinadən Osmanlı padşahının vəfatının 98-ci ilində onunla bağlı bu günə qədər heç yerdə yayımlanmamış 10 məlumatı təqdim edir:
1. Sultan II Əbdülhəmidin ədəbiyyata böyük sevgisi var idi. Dövründə yazılan bütün detektiv kitabları tərcümə etdirərək hər gecə oxuyurdu.
2. Siqaret asılılığı vardı və qəhvəni çox sevirdi. Siqaretdən o dərəcədə asılı idi ki, sürgünə göndərilərkən qızları ataları üçün xeyli siqaret aparmışdılar.
3. İlk rakı və pivə fabriki onun dövründə açılıb.
4. Şerlok Holmsun bütün macəralarını Osmanlı türkcəsinə tərcümə etdirib. Onun minlərlə kitabdan ibarət detektiv roman kolleksiyası var idi.
5. Sarayda dülgər emalatxanası açmışdı. Dövlət işlərindən bezdiyi zaman bu hobbisi ilə məşğul olmağı sevirdi.
6. Erməni üsyanlarını sərt şəkildə yatırdığı üçün Qərbdə Qızıl Sultan adlandırılırdı.
7. Üsyanları qanlı şəkildə yatırdarkən öz müxaliflərinə sürgün cəzası verib. Onun dövründə cəmi 5 nəfər edam cəzasına məhkum edilib.
8. Vanda özünə mədrəsə açmaq üçün layihə təqdim edən Said-i Nursini (hazırda nurçular onun davamçısıdır) dəlixanaya yerləşdirmişdi.
9. Latın hərflərinə keçməyi düşünürdü və latın hərflərinə keçməyi məsləhət görən şəxsi mükafatlandırmışdı.
10. Sultan II Əbdülhəmid klassik musiqiyə böyük üstünlük verirdi. Buna görə də övladlarını klassik musiqi alətində ifa etməyi öyrənməyə çağırır, onlara dərs keçdirirdi.