Orhan Pamukun kitabı Londonda birinci oldu
Oktyabr 21
11:05
2015
Məşhur türk yazar Orhan Pamkun "Kafamda bir tuhaflık" romanı Londonda ən çox satılan kitabların arasında birinci olub.
İngiltərə mətbuatının verdiyi xəbərə görə kitab bədii ədəbiyyat sıralamasında beş rəqibini geridə qoyub.
Qeyd edək ki, "Kafamda bir tuhaflık" keçən ilin dekabrında çap olunub. ABŞ-da 20 oktyabrdan satışa çıxarılacaq kitab indiyə qədər 38 dilə çevrilib. Sıralamada sonrakı yerləri Sebastian Faulks, Margaret Atvud, Robert Harris, Conatan Franzen və Patrik deWitt kimi məşhur yazarlar tutub.



