Ordunun maaşları artırıldı
Yanvar 19
18:31
2016
Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Qlobal.az xəbər verir ki, sərəncamı AzərTAc dövlət agentliyi yayıb. Sərəncama əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.