"Ordumuzun Türkiyə standartlarına uyğunlaşdırılması işləri davam etdirilir" - Müdafiə naziri
Aprel 12
11:09
2022
"Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatlar davam etdirilir".
Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 12-də Azərbaycanda səfərdə olan Türkiyənin Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.



