SON XƏBƏR

Ordudan yazan bloger azadlığa buraxıldı

Avqust 27
08:10 2022
Hərbi bloger Tofiq Şahmuradov həbsdən çıxıb. 

Qlobal.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, blogerin cəza müddəti bu gün başa çatıb. 

Xatırladaq ki, "Facebook" sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilmişdi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook