"Ordubad şəhərində yerləşən “Ərbabın İş Yeri” və ona bitişik tarixi bina bərpa olunacaq

Mart 03
14:41
2025
"Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət
Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini
tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikasının
Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra
işlər həyata keçirilir.
Həyata keçirilən tədbirlərin
davamı olaraq "Ordubad şəhərində yerləşən "Ərbabın iş yeri” və ona bitişik
tarixi bina bərpa ediləcək. Bununla bağlı artıq satınalma elan olunub.
Qeyd edək ki, Naxçıvan
Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə dövlət əsaslı
vəsait qoyuluşu (investisya xərcləri) çərçivəsində "Ordubad şəhərində yerləşən
"Ərbabın iş yeri” və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə
qaytarılması və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması” məqsədilə
satınalma keçirilmiş və layihə smeta sənədləri qanunauyğun olaraq ekspertizadan
keçirilmişdir. Təsdiq edilmiş layihəyə uyğun olaraq satınalma keçirilir.
Satınalma yekunlaşdıqdan sonra bərpa işlərinə başlanılacaq.
Məlumat
üçün qeyd edək ki, bərpa işlərinin iki il müddətinə tamamlanması nəzərdə
tutulur.
Qlobal.az